Bakı sakininə qarşı 43 min manatlıq dələduzluq edilib.
Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Yaqubov İmran Əli oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2016-cı ilin avqust ayında Rüfət adlı şəxs onu aldadaraq 43 000 manat pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır./report
7news.Az








