RU
Bakı-Şamaxı yolunda ağır qəza: 7 nəfər yaralanıb
18:05
1245

Bakı-Şamaxı yolunda ağır qəza: 7 nəfər yaralanıb

Qobustanda ağır qəza baş verib.

7News.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğrayan avtomobillərdə sıxılmış vəziyyətdə qalan 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ