RU
Bakı - Şamaxı yolunda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb
10:21
768

Bakı - Şamaxı yolunda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb

Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə sentyabrın 13-də yolun 86-cı km-liyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini Vüsal Muradovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Vüsal Muradov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Həsənova və 4 yaşlı övladı Sadiq Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ