RU
Bakı sədrliyi Yerevandan aldı
13:55
467

Bakı sədrliyi Yerevandan aldı

Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Azərbaycana keçib.

7news.Az xəbər verir ki, sədrlik bu gün Yerevanda baş tutan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib.

Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ