Bakı şəhərində sex yanıb.
7News.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda vətəndaşa məxsus sexin ərazisində ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət mətbəxin dam örtüyü 6 kv.m sahədə və soyuducu yanıb. Mətbəxin qalan hissəsi və ümumi sahəsi 150 kv.m olan sex yanğından mühafizə olunub. Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.








