RU
Bakı Slavyan Universitetinin rektoru Puşkin medalı ilə təltif edilib
12:19
1739

Bakı Slavyan Universitetinin rektoru Puşkin medalı ilə təltif edilib

Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Aassosiasiyasının (МАПРЯЛ) Rəyasət Heyətinin 22 aprel 2016-cı il tarixli qərarı ilə rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin rektoru? professor Asif Hacıyev A.S.Puşkin medalı ilə təltif edilib.

Bu barədə 7news.az saytına BSU-nun mətbuat xidmətindən məlumat verilib.

Assosiasiyanın və Rusiya Təhsil Akademiyasının Prezidenti akademik Lyudmila Verbitskayanın təbrik məktubunda professor A.Hacıyevin uzunmüddətli uğurlu elmi, pedaqoji və yaradıcı fəaliyyətinə, rus dili və mədəniyyətinin beynəlxalq aləmdə təbliğatında və millətlərarası münasibətlərin güclənməsində əvəzolunmaz xidmətinə görə minnətdarlıq bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ