RU
Bakı-Sumqayıt qatarlarının sayı artırılır
18:20
169

Bakı-Sumqayıt qatarlarının sayı artırılır

Sabahdan Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

 

Məlumata görə, bu addın sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır. Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq, Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ