RU
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: Tələbələr öldü - VİDEO
13:32
2209

Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: Tələbələr öldü - VİDEO

Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

7News.az xəbər verir ki, şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb. Nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.

APA-nın məlumatına görə, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun törətdiyi qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

Hadisə şahidlərinin göndərdiyi bakipost.az-a videonu təqdim edirik.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ