RU
Bakı-Sumqayıt yolunda qəza:
12:30
2093

Bakı-Sumqayıt yolunda qəza:

Avtomobil aşıb.

Bakı-Sumqayıt şosesində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qaradağ rayon sakini, 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə beton arakəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiyaya uğrayan avtomobilin sürücüsü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib.

Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb./anspress

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ