RU
Bakı-Sumqayıt yolunda qəza törədib qaçan sürücü saxlanılıb
13:40
48

Bakı-Sumqayıt yolunda qəza törədib qaçan sürücü saxlanılıb

Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədənin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilib.

R.Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ