Səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzası barədə məlumat vermişdik.
7News.Az-ın məlumatına görə, qəzada "Ford" markalı mikroavtobus aşıb. Nəticədə 11 nəfər həlak olub, xeyli sayda yaralı var. Mikroavtobus "Embawood" şirkətinə məxsusdur.
Bu barədə 7News.Az-a Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nümayəndəsi bildirib.
Qəzaya uğramış mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti məhz bu kimi hallara qarşı fəal mübarizə aparır.
Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur.
Nümayəndənin sözlərinə görə, DANX məhz bu cür qanunsuz sərnişindaşıma hallarına qarşı mübarizə aparır.
Həmin qəzadan olan video görünütünü 7News.Az olaraq təqdim edirik.








