RU
“Bakı-Supsa”dan neft oğurluğu cəhdinin qarşısı alındı
18:55
1054

“Bakı-Supsa”dan neft oğurluğu cəhdinin qarşısı alındı

Çala aşkar edilib.

“Bakı-Supsa” neft kəmərinin Tsilkani və Muxrani kəndlərinin (Şərqi Gürcüstana, Mtsheta-Mtianeti regionu) yaxınlığında yerləşən 82-ci km-də qanunsuz neft mənimsəmək üçün çala aşkar edilib.

Çala cinayətkarlara “Bakı-Supsa” əsas boru-kəməri magistralına boru birləşdirərək neft çəkmək üçün lazım idi, Gürcüstan DİN-də əmindirlər.

Həmçinin generator, qaynaq aparatı, kisələr, borular və digər əşyalar tapılıb. Bütün bunlar əşyayi dəlil kimi müsadirə edilib. Saxlanılan yoxdur.

Cinayət işi “oğurluğa cəhd” maddəsi ilə açılıb. Bu maddəyə görə cərimə və ya bir ildən üç ilə qədər azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bakı-Supsa neft kəməri Gürcüstan sahillərindəki terminala neft nəqlini həyata keçirmək üçün 1999-cu ildə istismara verilib. Neft kəmərinin ümumi uzunluğu 830 km-dir./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ