RU
Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq
22:05
507

Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsində oğurluq hadisəsi baş verib. Marabda-Axalkalaki-Qars dəmir yolu xəttində 86 kiloqram ağırlığında mis kabel oğurlanıb. Oğurlanmış kabel "Atef Georgia” MMC-yə məxsusdur.

7news.Az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kabel oğurluğu ilə əlaqədar olaraq 3 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Onlardan biri Samsxe Cavaxetidəki Ninosminda rayonunda yaxalanılıb. Məlum olub ki, saxlanılan İ.P. Marabda-Axalkalaki-Qars dəmir yolunun Ninosminda hissəsində "Atef Georgia” MMC-yə məxsus 86 kiloqram həcmində mis kabeli oğurlayaraq İ.M. və B.Q. adlı şəxslərə satıb. Saxlanılan şəxslərin avtomobilinə baxış zamanı oğurlanan kabel maddi sübut kimi götürülüb.

İlkin hesablamalara görə, "Atef Georgia” MMC-yə 1558 ABŞ dolları və 2050 lari dəyərində ziyan dəyib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ