Qiymətli kağızların nominal dəyəri 2 manatdır.
“Bakı Univermağ” ASC-nin qiymətli kağızları dövriyyədən çıxarılaraq ləğv edilir.
7News.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.
Bildirilir ki, buna səbəb ASC-nin ləğv edilməsidir.
Qiymətli kağızların nominal dəyəri 2 manat, sayı isə 366 098 ədəddir.
“Səhmdarların səhmlərinə düşən ləğvetmə paylarının ödənilməsi ləğvetmə balansına əsasən həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.








