RU
Bakı və Abşeronda temperatur iqlim normasından 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA
11:30
143

Bakı və Abşeronda temperatur iqlim normasından 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olub.

Bu barədə 7News.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.

Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ