RU
Bakı və İrəvan danışmalıdır
15:57
910

Bakı və İrəvan danışmalıdır

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin indi səbir nümayiş etdirmək və sabitliyin bərpası üçün dialoq aparmaları tələb olunur.

7News.Az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinq zamanı Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfərinə dair sualı şərh edərkən bildirib.
“Biz qəti şəkildə əminik ki, tərəflər dayanıqlı dinc yol ilə tənzimlənməyə yönələn danışıqlar prosesini bərpa etməlidir”, - Zaxarova vurğulayıb.

O, mövcud sazişlər əsasında hərbi risklərin azalmasına dair işin fəallaşdırılmasının mühümlüyünü “prinsipial vacib” adlandırıb: “Yenidən beynəlxalq vasitəçi qismində ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə qaşılıqlı fəaliyyət yolu ilə bu məqsədə nail olmaq üçün hər şeyi etməyə hazır olduğumuzu təsdiqləyirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ