RU
Bakı və Neftçalada yanğın hadisələri
09:36
379

Bakı və Neftçalada yanğın hadisələri

Bu gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

7News.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanmış, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan bərbərxananın yanar konstruksiyaları yanıb. Bərbərxanaya bitişik ikimərtəbəli yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ