RU
Bakı və Sumqayıtın bir hissəsi işıqsız qalıb
15:30
309

Bakı və Sumqayıtın bir hissəsi işıqsız qalıb

Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayışın baş verməsi nəticəsində "Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.


Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Qurum rəsmisi bildirib ki, baş verən hadisə ilə əlaqədar şirkətin şəbəkəsində qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

"Qeyd olunan problem aradan qaldırılandan sonra fasilələr aradan qaldırılacaq”,- deyə Tanrıverdi Mustafayev bildirib.//azvision.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ