RU
Bakı yaxınlığında
11:20
619

Bakı yaxınlığında "Lexus" aşdı:

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7news.az lent.az-a istinadən bildirir ki, magistralın 15-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında "Lexus" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1993-cü il təvəllüdlü Aslanxanov Vitali Aslan oğlu aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb yolun buzlaşması şəraitində düzgün manevr edilməməsi olub. Faktla bağlı araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ