RU
Bakı yollarında sürət həddi
11:36
327

Bakı yollarında sürət həddi

NİİM məlumat yaydı.

Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) 7News.Az-a verilən məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.

Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu yollarında hərəkət sürəti aşağı salınıb.

Sözügedən yollarda sürət həddi müvafiq olaraq, zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ