Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
7NEWS.Az Mərkəzin məlumatını təqdim edir:
1. Ziya Bünyadov prospekti Çermet körpüsündən başlayaraq 20 Yanvar dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsşməyə qədər , 20 Yanvar dairəsindən başlayaraq Koroğlu metrosu istiqamətdə Çermet körğüsünə qədər sıxlıq müşahidə edilir.
2. Moskva prospekti Bakı-Sumqayıt şosesi istiqamətində və Avtovağzalın qarşısından başlayaraq 20 Yanvar dairəsinə kimi sıxlıq müşahidə edilir.
3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq Çıraq plazanın qarşısına qədər, Bakıxanov körpüsünün ilə kəsişmədən başlayaraq Moskva prospekti ilə kəsişməyə qədər,
4. Neftçilər prospekti Azneft dairəsi ilə kəsişməyə qədər,
5. Heydər Əliyev prospekti kənar yolda Heydər Əliyev Mərkəzinin qarşısına qədər,
6. Bakı-Sumqayıt şosesi Xırdalan dairəsinə qədər sıxlıq müşahidə edilir.
7NEWS.Az







