RU
Bakıda 14 maşına hücum oldu
12:57
743

Bakıda 14 maşına hücum oldu

Faktla bağlı cinayət işi açılıb.

Bakıda gecə saatlarında 14 maşına hücum edilib.

Hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.

Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar.

Lakin 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.

Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb./anspress

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ