Araşdırma aparılır.
Bakı şəhərində 15 yaşlı qız dərmandan zəhərlənərək dünyasını dəyişib.
7news.Az-ın Report-a istinadən məlumatına görə, hadisə martın 19-da Xətai rayonunun R.Bağırov küçəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Emilya Məmmədzadə yaşadığı ünvanda çoxsaylı dərman qəbul edib. Daha sonra o, Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Lakin E.Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.








