RU
Bakıda 16 mərtəbəli binada
12:05
944

Bakıda 16 mərtəbəli binada

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Hadisə rayonun 7-ci mikrorayon, Fərman Məlikov küçəsində qeydə alınıb. Yanğın 16 mərtəbəli  yaşayış binasının 8-ci mərtəbəsində 2 otaqlı mənzilin eyvanında başlayıb. Yanğın barədə FHN-nin Yanğından Mühafizə İdarəsinə məlumat verilib. Hadisə yerinə iki yanğınsöndürən cəlb edilib. Alovun qarşısı qısa zamanda alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla əlaqədar araşdırmalara başlanılıb./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ