Bakının Suraxanı rayonunda 18 yaşlı gəncin qanı elə küçənin ortasına axıdılıb.
7news.az ans-ə istinadən məlumatına görə, Əmircan qəsəbəsində baş verən bıçaqlanma 18 yaşlı Sabir Əsgərovu xəstəxanalıq edib. Qarın boşluğundan xəsarət alan gənc yaxınlıqdakı 3 Saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Sabirin naməlum şəraitdə tanımadığı şəxsin hücumuna məruz qaldığı bildirlib.
Həkim Aydın Kazımov bldirir ki, Sabir xəstəxanaya ağır vəziyyətdə daxil olub. Əməliyyat zamanı onun mədə nahiyəsindən bıçaqlandığı aşkarlanıb. Vəziyyəti stabil ağır olaraq qalır.
Polis cinayətin kim tərəfindən və hansı şəraitdə baş verməsi istiqamətində araşdırmalara başlayıb.
7news.az








