Bakıda 19 il axtarışda olan şəxs saxlanılıb.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakı şəhəri ərazisində aşkar olunaraq saxlanılıb.
7NEWS.Az








