Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
7news.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1997-ci il təvəllüdlü Çərkəz Muradov yaşadığı evin həyətinin hasarından özünü kəndirlə asıb.
Meyiti ailə üzvləri aşkar ediblər.
İntiharın səbəbi məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
7news.Az








