RU
Bakıda 19 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
12:41
496

Bakıda 19 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb

Bakıda 44 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü İsayeva Mətanət Şaban qızını "Toyoto" markalı avtomobil vurub. M.İsayeva hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən "Toyoto" markalı avtomobilin sürücüsü 19 yaşlı Əhmədov Xanməmməd saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ