RU
Bakıda 2 avtobus toqquşdu
11:00
1096

Bakıda 2 avtobus toqquşdu

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.


Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

***

Nizami RPİ-dən "Qafqazinfo"ya bildirilib ki, qəzaya düşən hər iki nəqliyyat vasitəsi marşrut avtobusudur. Biri 62, digəri isə 36 saylı marşrutdur. Qəzaya səbəb isə avtobuslardan birinin qırmızı işıqda keçməsidir. 

***

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə bu gün səhər saat 09:48 radələrində baş verib:

"13 nəfər yaralanıb. Dünyasını dəyişən şəxsin kimliyi hələ məlum olmasa da, təxminən 50 yaşında kişidir. Yaralılar isə 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ