RU
Bakıda 2 avtomobil piyadanı vuraraq öldürüb
12:40
196

Bakıda 2 avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən 7NEWS.Az-a verilən məlumata görə, iyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi "Opel” markalı avtomobillə həmin şəxsi vurub.
Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ