Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində 99 ZZ 982 dövlət qeydiyyat nişanlı "VAZ 2121-Niva” ilə 90 UP 664 nömrə nişanlı "KİA” toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./publika
7News.Az








