Bakının Nərimanov rayonunda ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








