Bakıda azyaşlı uşaq altıncı mərtəbədən yıxılıb.
7news.Az Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonu Gəncə prospekti ev 65-də baş verib.
Həmin binanın altıncı mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Tahir Yolçuyev eyvandan yıxılıb.
T.Yolçuyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








