RU
Bakıda 2 yaşlı uşaq qaynar suda yandı
17:30
1683

Bakıda 2 yaşlı uşaq qaynar suda yandı

Bakıda 2 yaşlı uşağın ağır xəsarətlər alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2020-ci il təvəllüdlü Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Termiki yanıq xəsarətləri alan körpə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ