RU
Bakıda 20 kiloqram narkotik ələ keçirilib
11:57
309

Bakıda 20 kiloqram narkotik ələ keçirilib

Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - Xəzər RPİ tərəfindən borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ