RU
Bakıda 20 metrlik ağac üç evin üzərinə aşdı
09:57
325

Bakıda 20 metrlik ağac üç evin üzərinə aşdı

Azərbaycanın paytaxtında güclü külək müşahidə olunur.

Paytaxtda güclü külək ağacı üç evin üzərinə aşırıb.

Bu barədə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Daxil olan məlumata əsasən, Bakı şəhərində əsən güclü küləyin təsirindən hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb.

Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları ilə birgə təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsib və sakinlərin təhlükəsizliyini təmin ediblər./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ