Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.
7News.Az bildirir ki, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.
2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
7News.Az








