RU
Bakıda 20 yaşlı gəncin qanını tökdülər - VİDEO
10:40
437

Bakıda 20 yaşlı gəncin qanını tökdülər - VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. 

7News.Az-ın xəbərinə görə, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Z. Rüstəmov təcili 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. 

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Vəziyyəti orta ağırdır.

Hadisənin hansı səbəblərdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon polis bölməsində araşdırma aparılır./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ