RU
Bakıda 20 yaşlı hamilə ölüb - YENİLƏNİB
19:40
280

Bakıda 20 yaşlı hamilə ölüb - YENİLƏNİB

TƏBİB 5 aylıq hamilənin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.
Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb.

Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.



09:17

Bakıda hamilə ölüb.

7NEWS.Az xəbər verir ki, hadisə Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü Nəzrin Həsənova hamiləliklə əlaqədar qanaxmaya düşərək ölüb. Onun 5 aylıq hamilə olduğu bildirilib

Araşdırma aparılır.
 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ