Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.
Bakıda 21 yaşlı gənc iki polis əməkdaşını döyüb.
N.Rəfibəyli küçəsində qanunsuz reklam vərəqəsi paylayan şəxs saxlanılıb.
Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova, 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb.
Həmin şəxs onlara yumruq və təpiklə vuraraq xəsarət yetirib.
Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib./milli
7news.az








