RU
Bakıda 21 yaşlı qadını maşın vurub
10:11
363

Bakıda 21 yaşlı qadını maşın vurub

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsindəki dairədə "Tofaş" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. 
 
Müxtəlif xəsarətlər alan piyada, 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olduğunu müəyyən ediblər. 
 
Hadisə yerində yol polis əməkdaşları olublar, müayinələr aparılıb, ölçülər götürülüb.

Hadisəni törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücünün ifadəsi alınıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam edir. |apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ