RU
Bakıda 22 yaşlı gənc tanışı tərəfindən bıçaqlandı
17:56
387

Bakıda 22 yaşlı gənc tanışı tərəfindən bıçaqlandı

Bakıda 22 yaşlı oğlan yaşadğı mənzilin yaxınlığında bıçaqlanıb.

Hadisə Nəsimi rayonunun Cavadxan küçəsində qeydə alınıb. 
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Abilov tanışı, 21 yaşlı Fərhad Kazımov tərəfindən bıçaqlanıb. Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədən F.Kazımov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.//Report

 7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ