Gənc qızın meyiti vanna otağından tapılıb
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsi 31 ünvanında kirayədə yaşayan 1992-ci il təvəllüdlü Məmmədova Ayşən Mahir qızı mənzilin hamam otağında dəm qazından boğulub. Hamamdan çıxmadığını görən yaxınları içəri daxil olanda gənc qızın meyiti ilə qarşılaşıblar.
Faktla bağlı araşdırmalar aparılır./lent
7news.az








