Dünən axşam saatlarında Bakı şəhərinin Xətai rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
İ.İsmayılov küçəsindəki mənzildə amansızlıqla öldürülən 24 yaşlı Səriyyə Abdullayeva 4 il əvvəl həyat yoldaşı İlkin Abdullayevdən rəsmən boşanıbmış. Lakin boşanmalarına baxmayaraq onların arasında münaqiş davam edib. Dünən özü ilə qatlanan bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib. Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.
Polis tərəfindən saxlanılan İlkin Abdullayev keçmiş həyat yoldaşını onun usagı görməsinə şərait yaratmadığı üçün öldürdüyünü deyib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir./publika

7News.Az