Bakıda daha bir nəfər dəm qazından boğulub.
7news.az bildirir ki, Xətai Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Naximov küçəsində yaşayan, 1991-ci il təvəllüdlü Mustafayeva Ülviyyə Fəzail qızı yaşadığı mənzilin hamam otağında qazdan boğularaq ölüb. Onun meyidi yaxınları tərəfindən səhər saatlarında aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə iş başlanılıb.
7news.az








