RU
Bakıda 3 evi soyan şəxs tutulub
12:00
408

Bakıda 3 evi soyan şəxs tutulub

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

İyunun 6-da gündüz saatlarında R.Allahverdiyev küçəsində 1971-ci il təvəllüdlü Hüsən Əsədova, iyunun 29-da Motodrom yaşayış massivində 1985-ci il təvəllüdlü Sərxan Məmmədova, iyulun 24-də Xocasən qəsəbəsində 1981-ci il təvəllüdlü Asif Hüseynova məxsus evlərdən pəncərədən daxil olmaqla, 3000 ABŞ dolları, qızıl-zinət əşyaları, noutbuk və mobil telefon oğurlanıb.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Nuri Behbudov tutulub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ