RU
Bakıda 3 maşın toqquşdu
02:11
457

Bakıda 3 maşın toqquşdu

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

7news.az APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsindən üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan "Hyundai" markalı avtomobilə arxadan "KİA" markalı maşın çırpılıb. Arxadan yüksək sürətlə gələn VAZ-2107 markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb.

Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

7news.az

 

Bakıda 3 maşın toqquşdu - 3 nəfər yaralandı+Foto
Bakıda 3 maşın toqquşdu - 3 nəfər yaralandı+Foto
Bakıda 3 maşın toqquşdu - 3 nəfər yaralandı+Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ