RU
Bakıda 3 yaşlı uşağın dəhşətli ölümünün
22:55
754

Bakıda 3 yaşlı uşağın dəhşətli ölümünün

Bakının Xəzər rayonunda 3 yaşlı uşağın ölümü ilə nəticələnmiş dəhşətli hadisənin təfərrüatları məlum olub.

Buzovna qəsəbəsindəki fərdi yaşayış evlərindən birində yaşayan 3 yaşlı Xəyal Mehdiyev diqqətsizliyin və səhlənkarlığın qurbanı olub. Belə ki, sentyabrın 28-də azyaşlı evin həyətindəki mətbəxdən alışqanı götürüb və ehtiyatsızlıq nəticəsində köynəyini yandırıb. Bu zaman X.Mehdiyevin yanında kimsə olmayıb, onun ailə üzvləri evdə imiş.

Azyaşlının səsinə gələn valideynləri onu təcili xəstəxanaya aparıblar. Lakin həkimlərin səyinə baxmayaraq 3 yaşlı Xəyalın həyatını xilas etmək mümkün olmayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ