RU
Bakıda 30 yaşlı motosikletçini avtomobil vurub
10:50
84

Bakıda 30 yaşlı motosikletçini avtomobil vurub

Bakının Pirallahı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1993-cü il təvəllüdlü Novruzov Əbdül Aydın oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ