RU
Bakıda 31 yaşlı kişi bıçaqlandı
15:30
468

Bakıda 31 yaşlı kişi bıçaqlandı

Bakıda naməlum şəxs 31 yaşlı kişini bıçaqlayıb.

Hadisə bu gün səhər saatlarında Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən Azərbaycan Dövlət Kukla Teatrının qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Ağayev Əvəz Abbasəli oğlunun kürək nahiyəsinə 6 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.

Ə.Ağayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.//report

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ